Ribeyro postundan qovulu
Bolqarıstanın "Ludoqorets" klubunun baş məşqçisi Brunu Ribeyro postundan qovulub.

Portuqaliyalı mütəxəssis intizamı pozduğuna görə vəzifəsindən uzaqlaşdırılıb. Klub saytının yaydığı məlumata görə, Ribeyro komandanın düşərgəsinə gəlməyib. Üş ay "Ludoqorets"lə müqavilə bağlayan mütəxəssis klub rəhbərliyinin çoxsaylı sorğularını cavabsız buraxıb.

Bütün bunları nəzərə alan rəhbərlik müqaviləni birtərəfli qaydada pozmaq məcburiyyətində qalıb. "Ludoqorets" Ribeyronun rəhbərliyi altında 7 turdan sonra 14 xal toplayaraq, turnir cədvəlinə başçılıq edirdi.

Klub Çempionalr Liqasında Moldava "Milsami"sinə məğlub olaraq, mübarizəni dayandırmışdı.

Xəbər 686 dəfə oxundu.