Hamını qabaqladılar
İngiltərənin Şeffild şəhərində fiqurlu konkisürüşmə üzrə Avropa çempionatı start götürüb. İdman.com.az saytı xəbər verir ki, yarışda ölkəmizi Yuliya Zlobina-Aleksey Sitnikov cütü təmsil edir.
Təsnifat mərhələsinin yekunlarına görə, idmançılarımız 18 dueti qabaqlayaraq, 81,55 xal ilə birinci yeri tutub. Onlardan başqa yeddi cütlük yarışın həlledici mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, buz üzərində rəqslər üzrə Avropa çempionatının əsas yarışları yanvarın 25-də başlayacaq.

Xəbər 1151 dəfə oxundu.