“Qəbələ”nin rəqibi məşhur futbolçuyla anlaşdı
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK məşhur futbolçuyla anlaşıb.

Yunanıstan klubu bolqar hücumçu Dimitar Berbatovla razılığa gəlib.

Son klubu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Monako" olan Berbatovun PAOK-la bir illik müqavilə bağlayacağı gözlənilir.

34 yaşlı futbolçunun PAOK-dakı illik gəlirinin 1,5 milyon avro olacağı deyilir ki, bununla da o, Yunanıstan Superliqasının ən ödənişli oyunçusuna çevrilir.

"Qəbələ" Avroliqanın qrupunda PAOK, "Krasnodar" və "Borussiya" (Dormtund) ilə mübarizə aparacaq.

Xəbər 734 dəfə oxundu.