Neftçi İdman Klubu istedadlı futbolçuları cəlb etməkdə davam edir
"Neftçi İdman Klubu"nun Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında U-12, U-14, U-15 və U-16 komandaları arasında keçirilən seleksiya xarakterli məşqlər və oyunlar davam edir. Bu oyunların keçirilməsində əsas məqsəd klubun həmin yaş qrupları üzrə komandalarının heyətinin komplektləşdirilməsi və yeniyetmə istedadlı futbolçuları seçərək müvafiq yaş qruplarına cəlb etməkdir.

Bu günlər ərzində artıq Xəyal Muradov, Murad Əhmədzadə, Nurlan Məmmədov və Pərvin Əzimov seleksiyaçı məşqçilər tərəfindən seçilərək U-15 komandasına cəlb olunublar. Seleksiya xarakterli məşqlər və oyunlar sentyabrın 4-dək davam edəcək.

Xatırladaq ki, klubumuz iyul ayında Siyəzən şəhərində U-13, U-14 və U-15, avqust ayında isə Bakıxanov qəsəbəsində yerləşən İsmət Qayıbov adına Təlim-İdman Bazasında U-10, U-11 və U-12 komandaları arasında da eyni məqsədlə seleksiya xarakterli turnirlər təşkil etmişdi.

Xəbər 696 dəfə oxundu.