Gənclər arasında Dünya Çempionatı start götürür
Bu gün Xantı-Mansiyskdə 20 yaşadək gənclər arasında şahmat üzrə Dünya Çempionatı start götürəcək. Yarışda ölkəmizlə yanaşı Türkiyə, Fransa, Rusiya, Gürcüstan, Hindistan, Çin, Rumuniya, Ukrayna, Niderland, Braziliya, Polşa, İngiltərə, İran, Özbəkistan, Qırğızıstan, Əfqanıstan, Serbiya ,İtaliya, Ermənistan, Belçika, İsveçrə, Avstrya və Almaniyadan 110 şahmatçı (62 oğlan və 48 qız) çempion adı uğurunda mübarizə aparacaq. Azərbaycanı bu çempionatda Nicat Məmmədov,Ülvi Bacarani,Misrətdin İsgəndərov,Günay Məmmədzadə,Ülviyyə Fətəliyeva, Səbinə İbrahimova və Aytən Əmrayeva təmsil edirlər.Yarış isveçrə sistemi ilə keçiriləcək və 13 turdan ibarət olacaq.

Xəbər 679 dəfə oxundu.