Güləş yığmalarımız Las Veqasda ilk məşqə çıxıb
Sərbəst, yunan-Roma və qadın güləş üzrə Azərbaycan yığma komandaları sentyabrın 7-də start götürəcək Dünya çempionatında iştirak etmək üşün artıq ABŞ-ın Las Veqas şəhərindədir. Avqustun 31-də Bakıdan Las Veqasa yola düşən komandalarımız dünən axşam saatlarında məşqə çıxıb.

Çempionatın proqramına əsasən, ilk olaraq 66, 75 və 98 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq.

Xəbər 734 dəfə oxundu.