İbrahim Karqbo: Komandamızın oyunu gündən-günə yaxşılığa doğru dəyişir
“Hazırlığın ilk mərhələsini geridə qoyduq, artıq ikinci təlim-məşq toplanışındayıq. Çempionat oyunlarına yüksək səviyyədə hazırlaşırıq. Qarşıda bizi çox ciddi və çətin oyunlar gözləyir”. İdman.com.az-ın məlumatına görə, bu fikri “Bakı”nın futbolçusu İbrahim Karqbo deyib. Syerra-Leone milli komandasının da üzvü olan müdafiəçi “zolaqlılar”ın Antalya şəhərində hazırlıtını dəyərləndirib:

“Toplanışın ilkin mərhələsi zamanı keçirdiyimiz hər iki yoldaşlıq görüşündə məğlub olduq. Hər iki oyunda güclü rəqibə qarşı oynadıq. hollandiya və Almaniya klubları oyunlar bizim çatışmayan cəhətlərimizi üzə çıxardı. Məncə, xətlər arasındakı əlaqələr hələ də istənilən səviyyədə deyil. Yaxın günlərdə 2-3 yeni futbolçu komandamıza qoşulacaq”.
İbrahim irəlidə hələ yetərincə zamanın olduğunu söyləyib: “İnanıram ki, komandamızın oyunu gündən-günə yaxşılığa doğru dəyişir. Əminəm ki, azarkeşlərimiz daha güclü “Bakı” görəcəklər”.

Xəbər 1138 dəfə oxundu.