"Napoli"nin prezidenti etiraf etdi
“Napoli”nin prezidenti Aurelio De Laurentis maraqlı açıqlama verib.

Neapolluların rəhbəri “Yuventus”un Marek Qamşiki transfer etmək istədiyini etiraf edib.

Onun sözlərinə görə turinlilər yarımmüdafiəçinin keçidi qarşılığında 25 milyon avro ödəməyə razı olduğunu deyib:

“Yuventus” Qamşikin transferinə 25 milyon avro təklif etmişdi. Bununla yanaşı mən turinlilərdən Sturaro və Ruqanini istədim. Lakin qarşı tərəf imtina edəndən sonra Qamişki satmaqdan vaz keçdik. Qamşikin transferi alınmayandan sonra “Yuventus” “İnter”dən Ernanesi aldı. Demək olar ki, aparıcı oyunçuları komandada saxlamışıq. Ona görə də bu mövsüm hədəfimiz çempion olmaqdır”.

Xəbər 649 dəfə oxundu.