Flaqman bolqarlarla bərabər qaldı
Bu gün “Neftçi” Türkiyədə 3-cü yoxlama matçına çıxıb. İdman.com.az saytının məlumatına görə, 6-qat ölkə çempionu Bolqarıstanın yüksək liqa təmsilçisi “Beroe” ilə görüşüb. Bakı vaxtilə saat 17:00-da başlayan oyun 1:1 hesabı ilə nəticələnib.

“ağ-qaralar” 23-cü dəqiqədə hücumçu Emil Angelovun vurduğu qolla fasiləyə məğlub durumda yollanıb. Ancaq yarımmüdafiəçimiz Rəşad Abdullayev 70-cı dəqiqədə hesabı bərabərləşdirməyi bacarıb və bu, oyunda son qol olub.

Bu, Böyükağa Hacıyevin baş məşqçisi olduğu komandanın “Terek”in təşkilatçısı olduğu Əhməd Qədirovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir öncəsi son sınağı olub. Yanvarın 27-də püşkü atılacaq həmin turnirin ertəsi startı veriləcək.

Qeyd edək ki, “Neftçi” Antalyada keçirdiyi ilk 2 yoxlama oyununda Almaniyanın “Dinamo” (Drezden) klubuna uduzub (0:1), Qazaxıstanın “Aktobe” komandası ilə 1:1 hesablı bərabərliyə qalıb. Göründüyü kimi, qış çempionumuz ardıcıl 2-ci oyunda eyni nəticə göstərib.

Xəbər 917 dəfə oxundu.