Zabit Səmədov zədələndi
K-1 döyüşçüsü Zabit Səmədov zədələnib. Qroznıda keçirilən döyüşdə əlindən zədələnən idmançı həkimlərin qərarını gözləyir.

Zədə ciddi olacağı təqdirdə Səmədov Almaniyadakı klinikalardan birində cərahiyyə əməliyyatı olunacaq. İlkin rəyə əsasən idmançı yalnız 1 aydan sonra yüngül məşqlərə başlayacaq.

Qeyd edək ki, son dəfə Çeçenistanın paytaxtı Qroznı şəhərində “Akhmat Fight Show” çərçivəsində rinqə çıxan Azərbaycan idmançısı Zabit Səmədov “Bosniyalı maşın” ləqəbli Dzevad Poturakla üz-üzə gəlib. Üçraundluq qarşılaşmadan sonra hakimlər yekdilliklə qələbəni Zabit Səmədova veriblər. Bu Zabitin karyerasında keçirdiyi 85-ci döyüşdə 75-ci qələbəsi olub.

Xəbər 738 dəfə oxundu.