"Çelsi" müdafiəçi transfer etdi
"Çelsi" daha bir transferini həyata keçirib.

London klubu "Redinq"in futbolçusu Mişel Hektoru heyətinə cəlb edib. 23 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün "Çelsi" 5 milyon 600 min avro ödəyib.

Ancaq M.Hektor bu mövsüm icarə əsasında "Redinq"də çıxış edəcək.

Xəbər 655 dəfə oxundu.