Rəhim Həsənova UEFA-dan təyinat
Azərbaycanlı hakim Rəhim Həsənov 21 yaşadək futbolçular ibarət komandalar arasında keçirilən "Avro-2017"nin seçmə mərhələsinin oyunlarına təyinat alıb.

FİFA referisi Çexiya - Malta matçının baş hakimi olacaq. Ona Namiq Hüseynov və Vaqif Musayev köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirəcək.

Qeyd edək ki, Çexiya - Malta oyunu sentyabrın 4-ü Bakı vaxı ilə saat 21:00-da başlayacaq.

Xəbər 794 dəfə oxundu.