Hakimlərimizə beynəlxalq təyinat
FIFA referisi Orxan Məmmədov və FIFA referi köməkçisi Yaşar Abbasov yeni beynəlxalq təyinat alıblar. Hakimlərimiz 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 5-ci qurupunda keçiriləcək oyunlarda iştirak edəcəklər.

Avstriya, Serbiya, Litva və Lüksemburq komandalarının yer aldığı bu qrupun oyunları oktyabrın 23-dən 30-dək Lüksemburqda keçiriləcək.

Xəbər 710 dəfə oxundu.