"Qəbələ"nin yeni transferi keçmiş komandasına qarşı oynaya bilməyəcək
"Qəbələ"nin yeni hücumçusu Fakunda Pereyra Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı oyunlarda meydana çıxa bilməyəcək. Bununla bağlı iki klub arasında razılıq əldə olunub.

Qeyd edək ki, "Qəbələ" argentinalı futbolçunu məhz Saloniki təmsilçisindən icarəyə götürüb.

"Qəbələ" ilə PAOK arasındakı ilk oyun noyabrın 26-da Yunanıstanda baş tutacaq.


Xəbər 713 dəfə oxundu.