Şalke və Ayaks Bakıya gələ bilər
Xəbər verdiyimiz kimi, bu gün UEFA Gənclər Liqasının püşkü atılıb. Azərbaycanı bu turnirdə təmsil edəcək "Rəvan" birinci təsnifat mərhələsində Moskva "Spartak"ı ilə qarşılaşmalı olacaq.

"Aslanlar"ın U-19 komandası Rusiya təmsilçisi ilə ilk oyununu sentyabrın 29 və ya 30-da səfərdə, cavab matçını isə oktyabrın 20 və ya 21-də Bakıda keçirəcək.

Artıq paytaxt klubunun növbəti mərhələyə vəsiqə qazanacağı halda hansı rəqiblərlə qarşılaşacağı da bəllidir. Belə ki, bu gün Gənclər Liqasının ikinci təsnifat mərhələsinin də püşkü atılıb. Püşkə əsasən "Spartak" - "Rəvan" cütünün qalibi növbəti mərhələdə "Şalke" (Almaniya) - "Ayaks" (Hollandiya) cütünün qalibi ilə qarşılaşmalıdır.

Qeyd edək ki, ikinci təsnifat mərhələsinin oyunları 3-4 və 24-25 noyabr tarixlərində keçiriləcək.

Xəbər 677 dəfə oxundu.