"İtaliya və Azərbaycanla oyunların heç bir fərqi yoxdur"
"Seçmə mərhələdə Bolqarıstanla görüşdə iştirak edə bilmədim. Ona görə də yığmanın növbəti oyunlarını səbirsizliklə gözləyirəm".

Bu sözləri Malta millisinin müdafiəçisi Stiv Borq ölkəsinin mətbuatına açıqlamasında deyib.

27 yaşlı futbolçu "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacaqları İtaliya və Azərbaycanla oyun haqda danışıb. Borq bu oyunlar arasında heç bir fərq görmədiyini bildirib:

"Mənim üçün bütün oyunlar eynidir. Hər matçda 100 faiz gücümü qoymağa çalışıram. Əminəm ki, əgər kompakt oynasaq və meydanda bütün gücümüzü ortaya qoysaq, İtaliyaya çətin anlar yaşadacağıq. Mənim üçün İtaliya və Azərbaycanla oyunların heç bir fərqi yoxdur. Biz hər zaman meydana qələbə üçün çıxırıq. İnanıram ki, qarşıdakı görüşlərdə də yaxşı oyun nümayiş etdirəcəyik".

Qeyd edək ki, sentyabrın 3-də İtaliya ilə qarşılaşacaq Malta 3 gün sonra evdə millimizi qəbul edəcək.

Xəbər 727 dəfə oxundu.