Qrosskroys da De Xeanın taleyini yaşadı
Dünən gecə David De Xea ilə bağlı vəziyyət Türkiyədə də yaşanıb. Belə ki, Qalatasarayın İstanbula gətirdiyi Kevin Qrosskroys da qeydiyyatdan keçirilməyib.

Xatırladaq ki, İstanbul təmsilçisi ilə razılaşan futbolçu təcili olaraq tibbi müayindən keçirilmişdi. Bundan sonra futbolçunun transferini TMS-ə bildirmişdilər. Qalatasaray hər şeyi vaxtında etməyi bacarmışdı. Lakin eyni sistemə qeydiyyata Borussiya çatdıra bilməyib.Bu da transferə əngəl olub.

Qeyd edək ki, Qrosskroysun vəziyyətinə də UEFA baxacaq.

Xəbər 710 dəfə oxundu.