Millinin oyunlarını idarə edəcək hakimlər müəyyənləşdi
Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının pley-off mərhələsindəki oyunlarının hakimləri müəyyənləşib. Yığmamızın Slovakiya ilə qarşılaşmalarını Sloveniya və Finlandiyadan olan ədalət təmsilçiləri idarə edəcək.

Sentyabrın 15-də Bakıda baş tutacaq ilk qarşılaşmada sloveniyalılar Admir Zahoviç və Borut Şiviç fit çalacaq. Oyun Bakı İdman Sarayında keçiriləcək və saat 21:00-da başalayacaq.

Ayın 22-də Trnavanın Şəhər İdman Zalında keçiriləcək cavab oyununda isə finlər - Timo Onatsu və Toni Lehtinen ədaləti qoruyacaq. Bu matçın başlama saat 22:00 olacaq.

Xəbər 692 dəfə oxundu.