"Kəpəz"də 4 yeni futbolçu
Avqustun 28-də məşqlərə Bakıda başlayan “Kəpəz” artıq Yevlaxdadır.

İdman.com.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sarı-göylər” avqustun 31-dən sentyabrın 4-nə kimi Yevlaxda beş günlük təlim-məşq toplanışında olacaq. Toplanış müddətində futbolçular gündə iki dəfə məşqə çıxacaq.

Bu arada əsas komandaya əvəzedici heyətdən dörd futbolçu cəlb olunub. Bunlar qapıçı Ülvi Quliyev, yarımmüdafiəçilər Rəhman Allahverdiyev, Əli Səmədov və Sahib Abbasovdur. Adı çəkilən futbolçular sentyabrın 5-nə kimi əsas komandanın düşərgəsində qalacaq.

Xəbər 676 dəfə oxundu.