MY Futbol Məktəbinə növbəti seçimin nəticələri | |
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Mançester Yunayted” Futbol Məktəbinə seçim prosesinin nəticələrini elan edib. “Bayıl Arena”da təşkil olunan seçim prosesində avqustun 22-də 2007-2008-ci il təvəllüdlü 32 nəfər, avqustun 23-də isə 2004, 2005, 2006-cı il təvəllüdlü 54 nəfər uşaq iştirak edib. Seçimlərin yekun mərhələsi 2004, 2005, 2006-cı il təvəllüdlülər üçün 26 avqust, 2007-2008-ci il təvəllüdlü uşaqlar üçün isə 29 avqust tarixində keçirilib. Seçimlərdən müvəffəqiyyətlə keçən və Mançester Yunayted Futbol Məktəbinə qəbul olunan uşaqların adları aşağıda qeyd olunub: 1. Raul Məmmədov - 2004 2. Əli Abbasov - 2004 3. Riad Qəhrəmanov - 2005 4. Murad Rüstəmov - 2005 5. Nəbi Hacıyev - 2005 6. Cozef Hikman - 2005 7. Hacıəli Şirəliyev - 2005 8. Nihat Əhmədzadə - 2006 9. Liam Erik Braun - 2006 10. Əli Əhmədov - 2008 11. İsa Hüseynov - 2007 12. Murad Məmmədov - 2007 13. Nihad Şahhüseynli - 2008 Seçilmiş uçaqlar üçün 6 həftəlik sınaq müddəti təyin olunub. Bu sınaq müddətini müvəffəqiyyətlə başa vuran uşaqlar yaş qruplarına uyğun olaraq U-10, U-11 və U-12 qruplarda məşqlərdə iştirak edəcəklər. Qeyd edək ki, seçimlər Mançester Yunayted Futbol Məktəbindən Azərbaycana ezam olunmuş məşqçi Mik Benett, AFFA tərəfindən isə Samir Ələkbərov və Cahangir Həsənzadə tərəfindən aparılıb. |
|
Xəbər 712 dəfə oxundu. |
|
|