I Divizion, 2015/2016-cı illər mövsümünün püşkü atıldı

Bu gün futbol üzrə Azərbaycan I Divizionunun püşkatma mərasimi keçirildi. AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, jurnalistlər, eləcə də çempionatda çıxış edəcək "Bakı", "Neftçala", "Ağsu", "Qaradağ Lökbatan", "Turan Tovuz", "Şahdağ", "Bakılı", "Şəmkir", MOİK, "Mil-Muğan", "Energetik", "Göyəzən", "Zaqatala", "Şərurspor" komandalarının nümayəndələri iştirak etdilər. İlk turda aşağıdakı komandalar üz-üzə gələcəklər.

10-11 sentyabr

"Şəmkir" - "Turan Tovuz"
"Ağsu" - "Zaqatala"
"Şahdağ" - MOİK
"Mil Muğan" - "Qaradağ Lökbatan"
"Bakı" - "Şərurspor"
"Energetik" - "Neftçala"
"Göyəzən" - "Bakılı"


Xəbər 799 dəfə oxundu.