"Azərbaycanla oyun çətin olacaq" – Luka Modriç
Xorvatiya millisinin futbolçusu Luka Modriç "Avro-2016"nın seçmə mərhələsində Norveç və Azərbaycanla oyunlar öncəsi fikirlərini bildirib.

"HTV"yə danışan 29 yaşlı yarımmüdafiəçi hər iki qarşılaşmanın çətin keçəcəyini deyib:

"Səfərdə iki çətin matç bizi gözləyir. Hazırlıqlara start vermişik. Hər iki oyundan yaxşı nəticə qazanacağımıza inanıram".

Qeyd edək ki, Xorvatiya millisi sentyabrın 3-də Azərbaycan, sentyabrın 6-da Norveçlə qarşılaşacaq.


Xəbər 607 dəfə oxundu.