Albaniya millisinin kapitanı Fransa klubunda
Albaniya milli komandasının aparıcı üzvü, son klubu İtaliya "Latzio”su olan Lorik Kananın yeni klubu rəsmən bəlli olub. 32 yaşlı mərkəz yarımmüdafiəçisi transfer sezonun son günündə özünə yeni klub tapmağı bacarıb. Belə ki, Kana karyerasını Fransa çempionatında mübarizə aparan "Nantes” klubu ilə münasibətlərini rəsmiləşdirib. Kana yeni klubu ilə 2 illik müqavilə imzalyıb.

Qeyd edək ki, Kana 2010/11 mövsümündə Türkiyənin "Qalatsaray” klubunda da oynayıb.

Xəbər 684 dəfə oxundu.