Salvador yığmasının forvardı Zirədə
“Zirə” transfer pəncərəsinin son günü heyətini daha bir futbolçu ilə gücləndirib. Salvador yığmasının hücumçusu Nelson Bonilya ilə 2 illik müqavilə imzalanıb.

24 yaşlı futbolçu karyerasına ölkəsində “Alyansa” klubunda başlayıb. Ötən il Rumıniyanın “Viitorul” klubuna transfer olunan Nelson 25 oyunda 7 qola imza atıb. Hücumçu Salvador yığmasında da eyni sayda qolun müəllifidir. O, yığma komanda ilə 2013-cü ildə Kosta Rikada keçirilən Mərkəzi Amerika Oyunlarının bürünc medalını qazanıb.

Xəbər 656 dəfə oxundu.