“Topaz”dan “Yuventus” - “Roma” matçı
Bu gün “Topaz” öz müştərilərinə 49 oyun təklif edir. İdman.com.az. saytının məlumatına görə, bunlar arasında futbol üzrə 28 ekspress və 1 təkli, basketbol üzrə 11 və hokkey üzrə 9 ekspress oyun yer alıb.

Futbol proqramı əsasən, Avropa ölkələrinin milli kuboklarına və İngiltərənin 1-ci və 2-ci liqalarına həsr edilib. Təkli oyun İtaliya kubokunun “Yuventus” - “Roma” derbisidir.

Basketbol proqramı isə Avropa Basketbol Kubokuna və Amerika Basketbol Liqasına həsr edilib. Əlavə olaraq, “Topaz”da Kontinental Xokkey Liqasının azarkeşləri üçün 9 matç açılıb.

Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.

Xəbər 889 dəfə oxundu.