“Sumqayıt”ın 3-cü cəhdi
Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” klubu bu gün qonşu ölkədə 3-cü yoxlama oyununu keçirəcək. İdman.com.az saytının məlumatına görə, komandanın rəqibi Rusiya 1-ci liqa təmsilçisi “Fakel” olacaq. Oyun bizim vaxtla 19:00-da “Arcadia Limak” mehmanxanasının stadionunda baş tutacaq.

Xatırladaq ki, “Sumqayıt” ilk yoxlama matçında Qazaxıstanın “Jetusi” klubuna qalib gəlsə də (2:0), növbəti oyununda Almaniyanın II Bundesliqa təmsilçisi “Paterborn”a məğlub olmuşdu (0:4).

Xəbər 937 dəfə oxundu.