Ukraynalı futzalçı bizi təriflədi
“V Bakı Beynəlxalq Futzal Turniri yüksək səviyyədə təşkil olunmuşdu. Şərait də əla idi. Elə iştirakçı komandalar da sanballı idi”. İdman.com.az. saytının məlumatına görə, bu sözü futzal üzrə Ukrayna yığmasının üzvü Taras Kuz deyib.

Öz millisində bu ay Bakıda keçirilən ənənəvi turnirdə debüt edən futzalçı Azərbaycan təəssüratlarını açıqlayıb: “Azərbaycan yığması güclü idi. Özbəkistanla Türkiyə də maraqlı rəqiblər idi. Orada çox qısa vaxt olduq. Amma Bakının mərkəzinə çıxmağa, şəhəri gəzməyə vaxt tapdıq. Azərbaycan paytaxtı xoşuma gəldi.

Ümumilikdə də səfər uğurlu alındı. Özü də təkcə idman planında deyil, həm də əyləncə baxımından. Axı mən ilk dəfə idi Bakıda olurdum və şəhər ürəyimə yatdı!”.
Qeyd edək ki, Ukrayna yığması turnirdə qalib adını qazanıb.

Xəbər 964 dəfə oxundu.