"Neftçala"nın futbolçusu karyerasını Türkiyədə davam etdirə bilər
"Neftçala"nın futbolçusu Elgün Abbaslı karyerasını Türkiyədə davam etdirə bilər.

Bu ölkənin "Bartınspor" klubu həmyerlimizi öz heyətinə qatmaq istəyib.

Belə ki, bu klubla keçirilən yoxlama görüşündə Elgünün sərgilədiyi oyun türklərin xoşuna gəlib və matçdan sonra "Neftçala" rəhbərliyinə bu haqda müraciət olunub. Hazırda bu məsələ üzərində müzakirələr gedir. Hər şey müsbət alınsa Abbaslı "Bartınspor"la müqavilə bağlayacaq.

Xəbər 702 dəfə oxundu.