Azərbaycan yığması 14-cü pillədə
FİFA futzal üzrə yığma komandaların yeni reytinq cədvəli açıqlanıb. Azərbaycan yığması siyahıda əvvəlki mövqeyini qoruyub.

Belə ki, komandamız 1354 xalla yenə 14-cü pillədə qərarlaşıb.

AÇ-2016-ya vəsiqə uğrunda pley-off oyunları keçirəcəyi Slovakiya isə 1219 xalla 23-cü pillədə gedir.

DÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərimizə gəlincə, Xorvatiya 1340 xalla 15-ci, Belarus 1230 xalla 22-cidir.

İlk üçlükdə qərarlaşan komandalar isə bunlardır: İspaniya (1922), Braziliya (1900), Rusiya (1746).

Xəbər 749 dəfə oxundu.