Azərbaycan - Xorvatiya oyununa fransalı hakimlər
Sentyabrın 3-də "Avro 2016”nın seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan – Xorvatiya oyunu üçün hakim təyinatları bəlli olub.Qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Ruddi Buket olacaq.Ona bu işin icrasında həmyerliləri Qiyom Debart və Kiril Qrinqor köməklik edəcək. Matçın 4-cü hakimi isə Flipp Janna olacaq.

Qeyd edək ki, "Bakcell Arena”da baş tutacaq qarşılaşma 21:00-da başlayacaq.

Xəbər 752 dəfə oxundu.