Azərbaycan yığması tam heyətlə məşqlərə başlayır
Futbol üzrə Azərbaycanın əsas yığma komandası AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Xorvatiya və Malta ilə oyunlara hazırlığı davam etdirir. Millimiz baş məşqçi Robert Prosineçkinin rəhbərliyi altında İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionda hazırlaşır.

Bu gün axşam yığmamızın legioner həyatı yaşan üzvləri də düşərgəyə qoşulacaqlar. Bir sözlə, bundan sonrakı məşqlərdə komandamız tam heyətlə hazırlıq keçəcək.

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 3-də Bakıda Xorvatiya ilə qarşılaşacaq, ayın 6-da isə səfərdə Maltanın qonağı olacaq.

Xəbər 694 dəfə oxundu.