Viktor Valdesdən Beşiktaşa sərt sözlər
Ispaniyalı qapıçı Viktor Valdes Beçiktaşa qarşı sərt sözlər işlədib. İspaniya mətbuatına açıqlama verən qapıçı bunları söyləyib:

"Beşiktaş məni pis vəziyyətdə qoydu. Hər bir detalı razılaşdırmışdıq. Artıq 3 illik müqaviləni imzalamaq qalırdı. İstanbula təyyarə də sifariş edilmişdi. Lakin demək olar ki, təyyarənin trapından geri döndüm. Beşiktaş sözünü tutmadı"

Türkiyə tərəfi isə sövdələşmənin alınmamasında qapıçını günahlandırıb.Beşiktaş rəsmisinin məlumatına görə Valdes əvvəlcədən razılaşdırılmış şərtlərə əlavələr etmək istəyib.

Xəbər 724 dəfə oxundu.