AZAL-dan böyükhesablı qələbə
Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədə komandamız bir neçə yoxlama oyunu keçirməyi planlaşdırır. Baş məşqçi Tərlan Əhmədovun tərtib etdiyi plana əsasən AZAL Şüvəlanda “Şərur”la qarşılaşıb.

Rəqib qapsından 4 cavabsız top keçirən Tərlan Əhmədovun çalışdırdığı komanda böyükhesablı qələbə qazanıb. Qollara Ruslan Nəsirli, Nuqzar Kvirtiya, Məhəmməd Bədəlbəyli və Murad Səttarlı imza atıblar.

Xəbər 653 dəfə oxundu.