Elməddin Hüseynov qızıl medala sahib çıxdı
“Zirvə” Beynəlxalq İdman Klubunun Astarada təşkil etdiyi ağır atletika üzrə “9-cu Zirvə Kuboku”nda ilk yarış günü başa çatıb. Avqustun 29-da körpücük üzərinə son olaraq yaşı 14-ə qədər olan oğlanlar çıxıblar. Azərbaycanı təmsil edən klubların nümayəndələri əbəs yerə favorit sayılmadıqlarını sübut ediblər.

“Şamaxı-Zirvə” Klubunun nümayəndəsi Hüseynov Elməddin toplamda 178 kq (76+102) nəticə göstərib. Bununla o, Sinkleyr cədvəli üzrə 303.9 xal toplayıb və qızıl medala sahib çıxıb.

Gümüş və bürünc medal isə “Lerik-Zirvə” atletlərinə qismət olub. Alxasov Əlimərdan toplam 215 kq (95+120) nəticə və 298.9 xalla ikinci, Əliyev Füqan isə 179 kq (79+100) nəticə və 293.6 xalla bürünc medal qazanıblar.

Xəbər 817 dəfə oxundu.