"Qrup mərhələsində ilk iki yerdən birini tutmalıyıq" - "Krasnodar"ın futbolçusu
Avropa Liqasının qrup mərhələsində təmsilçimiz "Qəbələ”ilə eyni qrupda yer alan Rusiyanın "Krasnodar” klubunun futbolçusu Pavel Mamayev püşkatmanın nəticəsini dəyərləndirib. Rusiya Premyer Liqasının "Lokomtiv”lə baş tutan oyundan sonra danışan Mamayev qrupda ikinci yer üçün mübarizə aparacaqlarını bildirib:

"Qrupda ən çətin rəqibimiz Dortmund "Borussiya”sı olacaq. Amma onlara qarşı da mübarizə apara bilərik. Bizi çox maraqlı qarşılaşmalar gözləyir. Qrup mərhələsində ilk iki yerdən birini tutmalıyıq.”

Xəbər 702 dəfə oxundu.