Bayraqdar Bolqarıstan klubu ilə gücünü sınayır
Antalyada təlim-məşq toplanışında olan "Neftçi" hazırlığın ilk mərhələsində bu gün üçüncü yoxlama oyununu keçirəcək. İdman.com.az saytı xəbər verir ki, son Azərbaycan çempionunun bu dəfəki rəqibi Bolqarıstanın “Beroe” komandasıdır. Matç saat 17:00-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” Türkiyədəki ilk oyununu Almaniyanın "Dinamo" (Drezden) klubuna qarşı keçirmişdi. Həmin oyunda rəqib daha güclü olmuşdu – 0:1. Qazaxıstanın "Aktobe" klubu ilə görüşdə isə heç-heçə qeydə alınmışdı – 1:1.

Xəbər 1056 dəfə oxundu.