“Neftçi” yoxlama oyunu keçirib
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövrünə hazırlıqlarını davam etdirən “Neftçi” yoxlama oyunu keçirib.

Samir Əliyevin yetirmələri əvəzedici heyətlə görüşüb.

Qarşılaşmada “Neftçi”nin əsas komandası 3:1 hesabı ilə qalib gəlib. Mirabdulla Abbasovun hesabı açdığı görüşdə digər qolları paytaxt təmsilçisində ilk oyununu keçirən Antonio Kuinta və Erik Ramos vurublar. Əvəzedicilərdən isə Aqşin Qurbanlı fərqlənib.

Xəbər 711 dəfə oxundu.