Kapitanın ehtimalı
Futbol üzrə yığma komandamızın kapitanı Rəşad Sadıqov Azərbaycan millisinin yoxlama oyunları üçün rəqiblərini dəyərləndirib. İdman.com.az saytı xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi fevralın 29-da qarşılaşacağımız Fələstin, eləcə də iyunun 5-də üz-üzə gələcəyimiz Belarusla bağlı bunları dilə gətirib:

“İlə Fələstin kimi rəqiblə başlamaq yaxşıdı. Bu, fevral toplanışı üçün yaxşı seçimdi. Çünki həmin vaxt futbolçular hələ forma yığmaqla məşğul olacaqlar. Bu üzdən də çox güclü rəqiblə qarşılaşmağın mənası da yox idi. Elə olan halda böyük hesabla da uduza bilərik ki, bunu da yəqin heç kim arzulamır. Amma Minskdəki oyun mövsümün sonunda baş tutacaq. Həmin vaxt Belarus yığması kimi komandayla mübarizə aparmaq olar”.

Xəbər 1088 dəfə oxundu.