Joazinyo: Borussiya, PAOK və Qəbələ güclü komandalardır
Rusiyanın "Krasnodar" klubunun futbolçusu Joazinyo Avropa Liqasının qrup mərhələsində "Qəbələ", eləcə də Dortmund "Borussiya"sı (Almaniya) və PAOK-la (Yunanıstan) bir qrupa düşmələrinə münasibət bildirib. O, bunları söyləyib:

"Bizə çox yaxşı rəqiblər düşüb."Borussiya", PAOK və "Qəbələ" güclü komandalardır. Qrupdan çıxmağa və növbəti mərhələyə çalışacağıq, bunun üçün əlimizdən gələni edəcəyik. Hər şey özümüzdən asılıdır. "Borussiya" ilə görüşməkdən qorxmuruq. Əksinə, bu komanda müdafiə olunmur, oynamağa da imkan verir. Dortmunddakı stadionda gözəl atmosfer olur. Bunu hiss etməyi çox istəyirəm".

Xəbər 639 dəfə oxundu.