Gürcü atlet qələbə qazandı
“Zirvə” Beynəlxalq İdman Klubunun Astarada təşkil etdiyi ağır atletika üzrə “9-cu Zirvə Kuboku”nda ikinci yarış gününə start verilib. Körpücük üzərinə yaşı 18-ə qədər oğlanlar çıxıblar.

Xala-xal prinsipi ilə keçən mübarizədən gürcüstanlı Georgi Çxeidze qalib çıxdı. “Tiflis-Zirvə” atleti toplam 365 kq (165+200) nəticə və 392.2 xalla qızıl medal qazandı. Gümüş medal “Şamaxı-Zirvə” nümayəndəsi Elşad Şərifova qismət oldu. O, ümumilikdə 299 kq (131+168) çəkinin öhdəsindən gələrək 386.2 xallıq nəticə göstərdi. Yeniyetmələr arasında Avropa və dünya çempionu İqor Obuxov isə bürünc medala sahib çıxdı. O, toplam 304 kq (134+170) nəticə 369.2 xalla fərqləndi.

Xəbər 785 dəfə oxundu.