"Kəpəz" "Şəmkir"lə "sülh" bağladı
AVRO-2016-nın seçmə mərhələsinin oyunları səbəbindən Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən “Kəpəz”in əvəzedici komandası yoxlama oyunu keçirib. Azər Məmmədovun yetirmələri səfərdə I divizionun təmsilçisi “Şəmkir”lə qarşılaşıb.

Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyun 2:2 hesablı bərabərliklə nəticələnib. "Kəpəz"in heyətində hər iki qolu Ülvi Cəlilov vurub. 19 yaşlı futbolçu matçda ilk və sonuncu qola imza atıb. "Şəmkir"in qollarını isə rəqib qapısından Rövşən Əmiraslanovla Andrey Bejanov keçirib.

Xəbər 640 dəfə oxundu.