"Qarabağ" və "Qəbələ"nin rəqibləri növbəti oyunlarını keçirib
“Qarabağ” və “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri ölkə çempionatında növbəti oyunlarını keçirib.

“Qəbələ”nin hər üç rəqibinin oyunu baş tutub.

“Krasnodar” səfərdə Moskva “Lokomotiv”inin qonağı olub. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. “Dortmund” “Borussiya”sı öz meydanında “Herta”nı sınağa çəkib və 3:1 hesabı ilə qalib gəlib. Bununal da Almaniya klubu bu mövsüm bundesliqada ardıcıl üçüncü qələbəsini qazanıb.


PAOK isə Yunanıstan superliqasının II turunda “Giannina”nın qonağı olub. Meydan sahibləri bu görüşdən qələbə ilə ayrılıb – 3:1.

“Qarabağ”ın rəqiblərindən “Anderlext” səfərdə “Vesterlo” ilə qarşılaşıb və 3:0hesablı qələbə qazanıb. “Monako” isə son Fransa çempionu PSJ-ni qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb – 3:0.


Ağdam klubunun digər rəqibi “Tottenhem” isə ötən gün İngiltərə Premyer Liqasının 4-cü turunda “Everton”la heç-heçə edib – 0:0.


30 avqust


Rusiya Premyer Liqası, VII tur

15:30.“Lokomotiv” (Moskva) – “Krasnodar” - 2:1
Qollar: Smolov, 11 (0:1), Niasse, 18 (1:1), Kasaev, 56 (2:1)


Almaniya Bundesliqası, III tur

18:30.“Borussiya” (Dortmund) – “Herta” - 3:1
Qollar: Mats Hummels, 27 (1:0), Pyer-Emerik Obemeyanq, 51 (2:0), Salomon Kalou, 78 (2:1), Adrian Ramos, 90 (3:1)

Belçika yupilerliqası, 6-cı tur

21:00.“Vesterlo” – “Anderlext” - 0:3
Qollar: Okaka, 20, Tielemans, 53, Praet, 70


Yunanıstan superliqası, II tur

23:30.“Giannina” - PAOK - 3:1
Qollar: Manias, 5 (1:0), Sabo, 51-avtoqol (2:0) Çavez, 75 (3:0), Vitor, 90+2 (3:1)


Fransa Liqası, IV tur

00:00.“Monako” – PSJ - 0:3
Qollar: Kavani, 57, 73, Lavezzi, 83

Xəbər 685 dəfə oxundu.