"Qarabağ"ın rəqibi olan "Monako" növbəti matçına çıxıb
Fransa çempionatında 4-cü turun oyunları keçirilib. Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Monako" da növbəti matçına çıxıb.

Knyazlıq təmsilçisi doğma meydanda Fransa çempionatının əsas favoriti PSJ ilə qarşılaşıb. Matç Ağdam klubunun rəqibinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, "Monako" dörd turdan sonra 5 xalla 13-cü pillədə qərarlaşıb.

Xəbər 1048 dəfə oxundu.