Millimizin üzvü 90 dəqiqə oynadı
Ukrayna çempionatında 6-cı turun oyunları keçirilib.

Millimizin üzvü Pavel Paşayevin çıxış etdiyi "Metallurq" da növbəti matçına çıxıb.

Zaporojye klubu səfərdə “Şaxtyor”la qarşılaşıb. Görüş Mirça Luçeskunun komandasının 2:0 hesablı qələbəsi ilə baş çatıb.

Start heyətdə meydana çıxan Paşayev 90 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, "Metallurq" hazırda 2 xalla 14 klub arasında 13-cü pillədə qərarlaşıb.

Xəbər 724 dəfə oxundu.