Qəbələ və Qarabağın ilk oyunlarının başlama saatı
Qəbələ və Qarabağın ilk oyunlarının başlama saatı

Avropa Liqasının qrup mərhələsində Azərbaycanı təmsil edəcək "Qarabağ"la "Qəbələ"nin ilk oyunlarının başlama saatları müəyyənləşib. Ağdam klubu ilk matçını səfərdə İngiltərənin "Tottenhem", qəbələlilər isə öz meydanında Yunanıstan PAOK-unu qəbul edəcək.

Hər iki oyun sentyabrın 17-də baş tutacaq. "Qəbələ" - PAOK görüşü "Bakcell Arena"da keçiriləcək və saat 22:00-da start götürəcək.

Londonda baş tutacaq "Tottenhem" - "Qarabağ" qarşılaşmasının start fiti isə Bakı vaxtı ilə saat 00:05-də səslənəcək.

Xəbər 780 dəfə oxundu.