"Barselona" və "Real" qalib gəldi
İspaniya La Liqası

İspaniya La Liqasında 2-ci turun oyunları keçirilir.

Dünən daha 4 qarşışaşma olub.

"Barselona" öz meydanında "Malaqa"nı qəbul edib. Son çempion bu qarşılaşmada rəqibini 1:0 hesabı ilə məğlub edərək liderliyini qoruyub. Kataloniya təmsilçisinə qələbə qazandıran qolu Vermalen vurub.İlk turda xal itkisi ilə üzləşən "Real" (Madrid) öz meydanında "Betis"I darmadağın edib. “Kral klubu” ilk qələbəsini 5 qolla qazanıb.

Qeyd edək ki, La Liqada 2-ci tura bu axşam keçiriləcək 5 oyunla yekun vurulacaq.


29 avqust
İspaniya La Liqası, 2-ci tur

"Real Sosyedad" - "Sportinq Xixon" - 0:0

"Barselona" - "Malaqa" - 1:0
Qol: Vermalen, 73 (1:0)

"Selta Viqo" - "Rayo Valyekano" - 3:0
Qollar: Nolito, 11-pen (1:0), 50 (2:0), Fontas, 88 (3:0)

"Real" (Madrid) - Betis" - 5:0
Qollar: Beyl, 2 (1:0), Xames Rodriqes, 39 (2:0), Benzema, 47 (3:0), Xames Rodriqes, 50 (4:0), Beyl, 89 (5:0)


30 avqust

"Eybar" - "Atletik"
"Sevilya" - "Atletiko"
"Valensiya" - "Deportivo"
"Qetafe" - "Qranada"
"Las Palmas" - "Levante"


28 avqust

"Vilyareal" - "Espanyol" - 3:1
Qollar: Kaysedo, 5 (0:1), Soldado, 67 (1:1), Bakambu, 87 (2:1), 90+3 (3:1)

Xəbər 784 dəfə oxundu.