Emil Balayevsiz Ayntraxtdan Ştutqart üzərində qələbə
Almaniya Bundesliqasında 3-cü turun oyunları keçirilib. Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.

Frankfurt təmsilçisi səfərdə "Ştutqart"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 4:1 hesablı qələbəsi ilə başa çatıb. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, "Ayntraxt" hazırda 4 xalla 8-ci pillədə qərarlaşıb.

Xəbər 658 dəfə oxundu.