Berti Foqtsun komandası Andorra futbolcuları ilə görüşəcək
Azərbaycan millisi yoldaşlıq oyunundakı daha bir rəqibi müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi kollektiv Andorra yığması ilə qarşılaşacaq. Komandalar mayın 30-da, Almaniyanın Frankfurt şəhərində görüşəcəklər.
Qeyd edək ki, yığmamız fevralın 29-da Fələstinlə Dubayda (Birləşmiş Ərəb Əmirlikləri), iyunun 5-də Belarusla Minskdə görüşəcək.

Xəbər 1021 dəfə oxundu.