Xaris Xarisis: Biz Qəbələ ilə oyunlarda Panatinaikos kimi səhvlərə yol verməməliyik
Yunanıstanın PAOK klubunun yarımmüdafiəçisi Xaris Xarisis Avropa Liqasının qrup mərhələsində "Qəbələ", eləcə də Almaniya "Borussiya"sı (Dortmund) və Rusiya "Krasnodar"ı ilə bir qrupa düşmələrinə münasibət bildirib. O, bunları söyləyib:

"Biz hamımız "Borussiya" ilə bir qrupa düşməyi çox istəyirdik. Çünki yalnız belə olan halda Dortmunda gedə, möhtəşəm stadionda oynamaq şansı əldə edə bilərdik. Fikrimcə, bu, inanılmaz təcrübə olacaq. Hədəfimiz evdə keçirəcəyimiz bütün oyunlardan qalib ayrılmaq və səfər oyunlarında mümkün qədər yaxşı çıxış etməkdir. Asan qrup deyil. "Qəbələ" "Panatinaikos"u mübarizədən kənarlaşdırıb. Biz bu komanda ilə oyunlarda arxayınlaşmaqla oxşar səhvə yol verə bilmərik".

Xəbər 746 dəfə oxundu.