Seymur Əsədov gənclərdən ibarət milliyə çağırıldı
Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin qərarı ilə 4 futbolçunun – Ürfan Abbasov (Qəbələ), Rəhman Hacıyev (Neftçi), Nurlan Novruzov (Zirə) və Seymur Əsədovun (AZAL) millinin toplanışında iştirakı başa çatıb. Bu barədə AFFA-nın rəsmi saytı da məlumat yayıb.

Məlumatda o da bildirilir ki, Seymur Əsədov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışına qoşulub.

Xəbər 790 dəfə oxundu.